Sales Agreement

FOREVER

Əziz Forever İş Sahibləri (FBO-ları)

2014-cü il sentyabrın 4-dən etibarən, hər bir statusa (karyeraya) görə şəxsi alış üçün Xüsusi qiymət qüvvədədir. Xüsusi qiymət Sizin statusunuza görə formalaşır: Menecer, Menecer Köməkçisi, Supervayzor, Supervayzor Köməkçisi.

MADDƏ 1 – TƏRƏFLƏR

SATICI (ŞİRKƏT):
TELEFONLAR:
MÜŞTƏRİ: Alıcı Fiziki şəxs (18 yaşdan aşağı şəxslər mal ala bilməzlər)
HESAB-FAKTURA: Sizin təqdim etdiyiniz məlumatlar əsasında formalaşır. Şəxsiyyəti təsdiq edən sənədlərin nömrələri düzgün, səhvsiz yazılmalıdır.
MƏHSUL: www.flpaze.com

MADDƏ 2 – MÜQAVİLƏ PREDMETİ: MƏHSUL

Məhsulun növü, həcmi, rəngi, qiyməti yuxarıda göstərilən kimidir (qaydadadır). Ödəniş növü: Köçürülmə və ya kredit kartı ilə ödəniş. Çatdırılma ünvanı: Hesab-fakturada göstərilən ünvan. Alıcı: Hesab-fakturada məlumatları göstərilən adam. Hesab-fakturanın ünvanı: Hesab-fakturada göstərilən ünvan. Çatdırılma qiyməti: Hesab-fakturada göstərilən qiymət.

MADDƏ 3 – ÜMUMİ TƏNZİMLƏMƏ

3.1 – İSTEHLAKÇI SATICIYA www.flpaze.com saytında elektron versiyada məhsulun xüsusiyyətləri, satış qiyməti, ödəniş növü, çatdırılması əks olunan müqavilə şərtləri ilə tanış olduğunu təsdiqləyir.
3.2 – Məhsul müqavilənin predmetidir; İstehlakçının olduğu yerdən və ya çatdırılma ünvanından asılı olaraq məhsul, qanunla tənzimlənən 30 günlük müddəti aşmayaraq, göstərilən ünvana yuxarıda qeyd olunan müddətin sonuna qədər çatdırılacaq.
3.3 – Məhsul müqavilənin predmetidir; Əgər Alıcı İstehlakçı şəxs deyil, digər fiziki şəxsdirsə, SATICI məhsulun alınmamasına görə məsuliyyət daşımır.
3.4 – SATICI, müqavilə predmeti olan sifarişdə göstərilən məhsulların xüsusiyyətləri çərçivəsində sağlam, defekt olmayan görünüşdə çatdırılmasına cavabdehdir.
3.5 – Məhsulun çatdırılması üçün müqavilənin predmeti SATICIYA təqdim olunan müqavilənin imzalanmış əslində İSTEHLAKÇI tərəfindən seçilmiş ödəniş növü ilə ödənişin həyata keçirilməsidir. Əgər hansısa səbəbdən heç olmasa bir məhsulun haqqı ödənilməsə və ya ödəniş bank tərəfindən ləğv edilsə, o zaman SATICI məhsulu çatdırmaq cavabdehliyi daşımır.
3.6 – Məsulu aldıqdan sonra İSTEHLAKÇININ günahı olmadan İSTEHLAKÇININ kredit kartının digər şəxslər tərəfindən qanunsuz istifadəsi səbəbindən bank və ya maliyyə təşkilatları tərəfindən ödənişin köçürülməməsinə görə alınan məhsulu 3 (üç) gün ərzində SATICIYA qaytarmaq (göndərmək) lazımdır. Çatdırılma ilə bağlı xərclər İSTEHLAKÇI tərəfindən ödənilir.
3.7 – SATICI müqavilə şərtlərinin həyata keçirilməsini əngəlləyən fors-major (təsadüfi) vəziyyətlə və ya nəqliyyat vasitəsinin hərəkətini əngəlləyən pis hava şərtləri, istisna hallarla bağlı İSTEHLAKÇIYA məlumat verməlidir. İSTEHLAKÇI vəziyyətin həlli məqsədilə hər hansı bir qərarı – sifarişi ləğv etmək, dəyişmək, əngəllərin aradan qalxmasını gözləmək qərarını verə bilər. İSTEHLAKÇI tərəfindən sifarişin ləğvi zamanı ödənilən məbləğ 10 (on) gün ərzində qaytarılmalıdır.
3.8 – SATICI tərəfindən satılmış və SATICININ günahı ucbatından defekt (yararsız) çıxmış məhsul yenisi ilə dəyişdirilmək üçün SATICIYA göndərilə bilər. Çatdırılma ilə bağlı xərclər İSTEHLAKÇI tərəfindən ödənilir.
3.9 – İSTEHLAKÇI tərəfindən imzalanmış, faks və ya poçtla göndərilmiş cari müqavilə həqiqi hesab olunur.

MADDƏ 4 – İSTEHLAKÇININ ÖHDƏLİKLƏRİ

1 – İSTEHLAKÇI
a) Müqavilə tarixinə və məhsulun alınmasına uyğunluğu təmin etmək məqsədilə, müqavilə düzəlişlər edilən gündən qüvvəyə minir.
b) Əgər məhsulun İSTEHLAKÇIYA çatdırılma tarixi müqavilənin imzalanması tarixindən gecdirsə, o halda müqavilə tarixi məhsulun çatdırılma tarixi hesab olunur. İSTEHLAKÇI məhsuldan imtina etdikdən 7 (yeddi) gün ərzində hətta məhsulu aldıqdan sonra belə imtina səbəbini bildirmədən məhsuldan imtina etmək hüququna malikdir. Cari müddətin sonuna qədər satıcı və ya çatdıran şəxs borcun və ya digər ödənişlərin hesabını (ödənilməsini) tələb edə bilməz. İmtina zamanı İSTEHLAKÇI öz qərarı haqda satıcını məlumatlandırmalıdır. SATICI və ya ÇATDIRAN ŞƏXS imtina haqqında bildirişi aldıqdan sonra 20 (iyirmi) gün ərzində məhsulu geri almalıdır. İSTEHLAKÇI tərəfindən məhsulun və ya müqavilənin alınmamasını SATICI və ya ÇATDIRAN ŞƏXS sübut etməlidir. Əks halda İSTEHLAKÇI tərəfindən məhsuldan imtina hüququnun istifadəsinin imtinanın 7 (yeddi) günlük müddəti ilə əlaqəsi yoxdur.

2 – SATICININ ÖHDƏLİKLƏRİ

1 – Əgər SATICI müddətli (gec) ödəniş sistemi tətbiq edirsə, o zaman o, müqavilədən əlavə hər bir müddətli (gec) ödəniş üçün ayrılıqda şəxsi sənəd (yazılı öhdəlik) tərtib etməlidir. Əks halda yazılı öhdəlik həqiqi hesab olunmayacaq. Müqavilədən ayrı sənədin tərtib olunması zamanı müqavilədə göstərilən məhsulun/xidmətin ümumi məbləği sənəddə/sənədlərdə göstərilə bilməz. İSTEHLAKÇI qalan məbləği müddətin bitməsinə qədər ödəmə hüququna malikdir. İSTEHLAKÇI birdən daha çox müddətli (gec) ödəniş məbləğini ödəyə bilər, bir şərtlə ki, məbləğ 1 (bir) müddətli (gec) ödənişdən az olmamalıdır. Hər iki halda SATICI ödəniş məbləğindən asılı olaraq mükafat məbləğini azaltmalıdır.

SATICI və ya ÇATDIRAN ŞƏXS bir və ya birdən çox müddətli (gec) ödəniş məbləğinin ödənilməməsi səbəbindən, yerdə qalan ödənişi tələb etmək hüququnu özündə saxlayır. Bu, SATICI və ya ÇATDIRAN ŞƏXSIN bütün hərəkətlərini reallaşdırdığı zaman mümkündür.

MADDƏ 5 – ÜMUMİ TƏNZİMLƏMƏ

5.1 – 18 yaşdan aşağı şəxslər mal ala bilməzlər.
5.2 – SATICI sistemdəki nasazlıq ucbatından meydana çıxmış qiymət səhvinə görə məsuliyyət daşımır.

MADDƏ 6 – TƏTBİQ OLUNAN HÜQUQ

Hazırkı (cari) Müqavilə ilə meydana çıxan bütün mübahisə və fikir ayrılıqları Məhkəmə vasitəsilə həll olunur; İSTEHLAKÇININ VƏ SATICININ yerləşdiyi məkana görə birinci instansiya Məhkəməsi vasitəsilə. Cari Müqavilə ilə tərəflər belə müəyyənləşmişdir: bir tərəf müəssisə olaraq “Forever Living Products Azərbaycan” MMC, digər tərəf müştəri. İstənilən halda Müqavilə şərtləri İSTEHLAKÇIYA görə dəyişdirilə bilməz.

MADDƏ 7 – PULUN (MƏBLƏĞİN) QAYTARILMASININ 100%-Lİ ZƏMANƏTİ

Yuxarıda göstərildiyi kimi İSTEHLAKÇI məmnun qalmadığı halda məhsulları “Forever Living Products”a 30 (otuz) gün ərzində qaytarmaq hüququna malikdir.
“Forever Living Products” İSTEHLAKÇIYA məhsulun tam məbləğini ödəməlidir.
Sifarişin həyata keçirilməsi zamanı ALICI cari (mövcud) müqavilənin bütün şərtləri ilə razılaşır.

This site uses cookies to improve your experience. By clicking, you agree to our Privacy Policy.